
ABŞ Prezidenti Donald Trump, Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa məcbur etmək üçün Amerikanın sanksiyalarını ikiqat artırmağa hazır olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Trump-ın xüsusi nümayəndəsi Kit Kelloq The New York Post qəzetinə verdiyi müsahibədə məlumat verib.
Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların təsirini 10 ballıq şkala üzrə “yalnız üçlük” qiymətləndirmək olar.
ABŞ-ın sanksiyaları – məsələn, Rusiyanın enerji sektoruna yönələn sanksiyalar – ən azı iki dəfə gücləndirilə bilər.
“O, sanksiyaları, xüsusən də neft hasilatı və ixracına qarşı olanları gücləndirə bilər. Əgər kimsə təsir vasitələrini başa düşürsə, o, Prezident Donald Trump-dır və bunu onun digər xarici məsələlərdəki qərarlarında görmək olar”, – Kelloq əlavə edib.
Məlumata əsasən cümə günü Trump milli təhlükəsizlik məsələlərinə baxan müşavirləri və kabinet üzvlərini topladı. görüş keçirilib. Kelloqun dediyinə görə, görüşdə onlar Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün bütün milli güc vasitələrindən necə istifadə edəcəklərini müzakirə ediblər.
“Rusiya-Ukrayna müharibəsinin həlli bütün administrasiyanın işidir, buna görə də ümumxalq yanaşması lazımdır”, – deyə general bildirib.
Xatırladaq ki, keçən həftə Kelloq Reuters agentliyinə bildirib ki, Ukraynada “prezident və parlament seçkiləri olmalıdır”, halbuki Ukrayna qanunvericiliyinə görə, müharibə vəziyyətində seçkilər keçirilməsinə icazə verilmir.
Günel