Tural Abbaslı Avropa Məhkəməsində hökumətlə barışdı - 4 MİN AVRO ALDI

  • By admin
  • 16 Sentyabr 2021 20:23

Avropa İnsan Hüquqları Məhkəməsi bu gün Azərbaycandan göndərilmiş şikayətlər üzrə  qərardadını elan edib.

Məhkəmədən Gununsesi.info-nun elektron poçtuna göndərilən məlumata görə, Tural Abbaslının  Azərbaycana qarşı işi üzrə ərizəsi baxılacaq şikayətlərin siyahısından çıxarılıb.

Məlumatda qeyd olunur ki, məhkəmə tərəflərin dostca anlaşdıqlarına görə belə qərardad qəbul edib.

Barışığın nəticəsinə görə, hökumət  Tural Abbaslıya 4 min avro pul verib.

 

Gununsesi.info