Türkiyə: Amerika seçkilərə müdaxilə edir

  • By admin
  • 12 May 2023 11:35

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Amerikanı ittiham edən açıqlama səsləndirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazir Soylu açıqlamasında ABŞ-ın Türkiyədəki seçkilərə müdaxilə etdiyini söyləyib.

“Bu seçkilərdə Məhərrəm İncə hücuma uğrayıb. Hücum kənardan edilib. Kim tərəfindən emal edildiyi bəllidir: FETO və ABŞ”, – deyə nazir bildirib.

Soylu M. İncənin namizədlikdən geri çəkilməsi ilə bağlı soruşulan suala cavabında Məmləkət Partiyasının başçısı haqqında yayımlanan cinsi görüntülərlə bağlı olayların arxasında Amerikanın dayandığını dilə gətirib. Daha sonra Soylu bunları vurğulayıb:

“Amerika başlanğıcdan bəri bu seçkilərə müdaxilə edir. Amerika Prezidenti Co Bayden 2016-cı ildə “hərbi çevrilişlə bunu edə bilmədik, bu səfər çevrilişlə deyil, seçki ilə gerçəkləşdorəcəyik”, dedi. Təməl məntiq budur ki, İncə keçmişdən CHP-nin namizədi idi. Onu çəksək, İncəyə verilən səsləri almış olarıq”.

 

Tərcümə: Arzu

Gununsesi.info