Türkiyəli jurnalist Əmrullah Erdinç İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində saxlanılıb.
Bu barədə Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir.
Erdinçin saxlanılması ilə bağlı məlumat Demirören, İhlas və ANKA xəbər agentlikləri tərəfindən ictimaiyyətə açıqlanıb.
Bildirilir ki, jurnalist davam edən istintaq çərçivəsində texniki və fiziki müşahidə yolu ilə əldə edilən dəlillər əsasında dindiriləcək.
Hazırda İstanbul Baş Prokurorluğu tərəfindən Əmrullah Erdinçlə bağlı rəsmi açıqlama verilməyib.

Şəbnəm












