Son illərdə Azərbaycanda həyata keçirilən hüquqi islahatlar çərçivəsində vəkillik institutu da davamlı inkişaf mərhələsinə qədəm qoyub. Bu proses 2025-ci ildə də Azərbaycan Respublikası Vəkillər Kollegiyasında (VK) ardıcıl və sistemli tədbirlərlə davam etdirilib. İl ərzində vəkilliyə qəbul, ixtisasartırma, intizam nəzarəti və vətəndaşlara hüquqi yardımın əlçatanlığının artırılması istiqamətində mühüm addımlar atılıb.
Gununsesi.info-nun xəbərinə görə, VK-nın yaydığı hesabatda bildirilir ki, 2025-ci ildə vəkillərin sayı 347 nəfər artaraq 2 836 nəfərə çatıb.
Hazırda fəaliyyət göstərən vəkillərin 77,68 faizi kişi, 22,32 faizi qadındır. Onların 81,59 faizi Bakıda, 18,41 faizi isə regionlarda fəaliyyət göstərir.
Kollegiyada, eyni zamanda 400-dən artıq vəkil köməkçisi çalışır.












