Vətəndaş ABB-nin xidmətindən narazılıq edir.
Gununsesi.info xəbər verir ki, bu barədə o sosial media hesabında paylaşım edib.
O bildirib ki, şəxsi əyləncəsi üçün hər həftə etdiyi pul köçürməsi zamanı uğursuz əməliyyata görə hesabından 5 manat komissiya tutulub.
Vətəndaşın sözlərinə görə, məsələ məbləğin az və ya çox olmasında deyil, komissiyanın əvvəlcədən xəbərdarlıq edilmədən tutulmasındadır. O, bankın müştəriləri bu cür ödənişlər barədə öncədən məlumatlandırmalı olduğunu düşünür.
Şikayətçi qeyd edib ki, bankın operatoru ilə danışarkən ona əməliyyatın həyata keçirildiyi, yəni pulun köçürüldüyü bildirilib. Lakin onun narazılığına səbəb olan əsas məqam komissiya tutulması ilə bağlı əvvəlcədən heç bir xəbərdarlığın edilməməsidir.
Vətəndaşın iddiasına görə, sonradan bankın qaydalarına dəyişiklik edildiyi və komissiyanın həmin qaydalara əsasən tutulduğu bildirilib.
Şikayətçi hesab edir ki, bank müştərilərə tətbiq edilən əlavə ödənişlər barədə əvvəlcədən aydın məlumat verməli, onları sonradan yaranan xərclərlə üz-üzə qoymamalıdır.
Məsələ ilə bağlı ABB-nin mövqeyini öyrənməyə hazırıq.
Firuzə












