Vaşinqton görüşü tezliklə baş tuta bilər

  • By admin
  • 09 İyun 2023 13:59

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında təxirə salınmış Vaşinqton görüşü tezliklə baş tuta bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryan yerli jurnalistlərə açıqlamasında bildirib.

O, İrəvanın sülh sazişi ilə bağlı təkliflərinə Azərbaycanın cavabından söz açaraq qeyd edib ki, tərəflər arasında fikir mübadiləsi aparılır.

“Vacib olan budur ki, son müzakirələr və danışıqlar zamanı tərəflərin mövqelərinin bir-birinə yaxınlaşması qeydə alınıb”, – Ermənistan rəsmisi vurğulayıb.

Gununsesi.info