Xanım Yadigarlı “Xəzər”dən ayrıldı - TANINMIŞ APARICI BU QURUMDA ÇALIŞACAQ

  • By admin
  • 28 Mart 2022 16:29

Xəzər TV-nin tanınmış aparıcısı Xanım Yadigarlı adıçəkilən tv-dən ayrılıb.

Gununsesi.info bildirir ki, bu barədə onun özü bildirib:

“11 ilini geridə qoyduğum bir yol başa çatdı. Böyük bir təsadüf televiziyanı həyat tərzimə çevirmişdi. 17 yaşımı ANS-də tamamlamışam. Həyatımda baş verən əksər önəmli günlər, bayramlar, qoşa tarixləri, doğum günləri, pandemiya həyəcanı, 44 günlük Vətən müharibəsini iş başında keçirmişəm. Bu yolda “ANS TV”-də müxbir , prodüsser, aparıcı, baş redaktor, “ANS ÇM” -də rj, “Xəzər FM” və “Araz FM”-də , “Xəzər Xəbər”-də xəbər aparıcısı çalışmışam. 2020-ci ildə Prezidentdən müsahibə alan jurnalistlər siyahısında olmaq şərəfinə nail olmuşam. Son iş yerim “Xəzər Media Mərkəzi”ndən şəxsi ərizəmlə ayrıldım. Orada çalışan zəhmətsevər, peşəkar , vicdanlı dostlarımın xətri çox əzizdir.

Artıq “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi”ndə fəaliyyətimi davam etdirəcəm. Bir jurnalist üçün rəsmi qurumdan operativ məlumat əldə etməyin nə demək olduğunu yaxşı bilirəm. Bu işdə peşəkar və səmimi komanda ilə DOSTunuz olacağıq!
Etimadı doğrultmaq gərək! Yolumuz açıq olsun!!!