Xocalı qatili xəstəxanaya yerləşdirilib

  • By admin
  • 11 Yanvar 2022 13:26

Qarabağdakı separatçıların rəhbərlərindən biri, erməni terrorçuların qondarma “təhlükəsizlik şurasının katibi”, Xocalı qatili Vitali Balasanyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Gununsesi.info Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Balasanyanın xəstəxanaya düşməsinə səbəb ürəktutmasıdır.

Onun hazırda İrəvandakı “Erebuni” Tibb Mərkəzində müalicə olunduğu bildirilir.

Xatırladaq ki, Vitali Balasanyan Xocalıda dinc azərbaycanlılara qarşı törədilən soyqırımında qəddarlığı ilə seçilib.

O, hələ 1988-ci ildən Əsgəran rayonunda daşnakların silahlı quldur dəstəsinin rəhbəri olub. 2000-ci ildə qondarma Qarabağ rejiminin “müdafiə nazirinin birinci müavini” olub. 2002-ci ildə ona separatçıların “milli qəhrəmanı” adı verilib.

Gununsesi.info