YAP-da sədrlər dəyişir: Tərtər təşkilatında niyə qərar verilmir?

Yeni Azərbaycan Partiyasında son aylarda bir sıra rayon təşkilatlarının sədrləri yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Gununsesi.info xəbər verir ki, bu proses fonunda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovun vəzifəsini davam etdirməsi diqqət çəkir.

Qeyd edək ki, Eldar Əsədovun 65 yaşı 2026-cı ilin 1 fevral tarixində tamam olub. O, 31 yanvar 2022-ci ildən YAP Tərtər rayon təşkilatına rəhbərlik edir.

Digər rayon təşkilatlarında pensiya yaşına çatmış sədrlərlə bağlı qərarlar verildiyi halda, Tərtər rayon təşkilatı ilə bağlı hələlik hər hansı rəsmi qərar verilməyib.  Bu səbəbdən ictimaiyyət arasında Tərtər rayon təşkilatı ilə bağlı da dəyişiklik olub-olmayacağı maraq doğurur. 

 

 

Şəbnəm

Gununsesi.info