Yaponiyada Otake vulkanı püskürüb

  • By ilhame
  • 14 Yanvar 2024 10:45

Yanvarın 14-də Yaponiyanın cənub-qərbindəki Suvanose adasında Otake vulkanı püskürməyə başlayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Kyodo News məlumat yayıb.

 

Təhlükə səviyyəsi üçə (beşdən) qaldırılıb – yəni insanlar kraterə yaxınlaşmamalıdır.

 

Dağıntı və tələfat barədə məlumat verilməyib. Hazırda adada 80 nəfərin yaşadığı, onların kəndinin vulkandan 4 kilometr aralıda yerləşdiyi qeyd edilir.

Gununsesi.info