Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - Quterreş

  • Müəllif: Firuzə
  • 23 İyul 2026 23:40

Yaxın Şərq getdikcə daha da gərginləşən münaqişəyə cəlb olunur və regiondakı vəziyyət nəzarətdən çıxır.

Gununsesi.info xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Vəziyyət nəzarətdən çıxır, ağlasığmaz vəziyyətin astanasındayıq. Region genişlənən qarşıdurma həlqəsinə sürüklənir. Bir böhran digərini qidalandırır. Bir eskalasiya digərini təhrik edir”, – deyə o bildirib.

BMT rəhbəri əlavə edib ki, geri addım atmağın vaxtıdır və qeyd edib ki, bu münaqişənin hərbi həlli yoxdur.

Gununsesi.info