“Zəngəzur dəhlizi ilə bağlı yeni fürsətlər yaranıb” -Türkiyəli nazir

  • Müəllif: Şəbnəm
  • 13 Sentyabr 2023 13:59

“Zəngəzur dəhlizi ilə bağlı yeni fürsətlər yaranıb”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) logistika forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu, Cənubi Qafqazdakı normallaşma prosesi ilə bağlıdır:
“Azərbaycanla daim təmasdayıq. Zəngəzur dəhlizinin açılması Türk Dövlətləri Təşkilatına mühüm töhfə verəcək”.

 

Gununsesi.info