Zelenski: "Ukrayna NATO-ya üzv olmasa, ordunun sayını artırmalıdır"

  • By Günel
  • 14 Fevral 2025 21:10

“Əgər Ukraynanı NATO-da görmək istəmirlərsə, Kiyevin 1.5 milyon nəfərlik ordusu olmalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münhendə jurnalistlərə açıqlamasında deyib.

“Əgər biz hələlik NATO-da deyiliksə, bizi qorumağa qadir ordumuz və müvafiq sayda əsgərimiz olmalıdır. Bu, 1.5 milyon nəfərlik ordu olacaq”, – o bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna ordusu indi demək olar ki, bunun yarısı qədərdir.

“Bu ordunu saxlamaq indiki kimi 40 milyard dollara deyil, 60 milyard dollara başa gələcək”, – Zelenski qeyd edib.

Gununsesi.info