Zelenski: Slovakiya Ukraynanın Avropa İttifaqına inteqrasiyasını dəstəkləyir

  • Müəllif: Admin08
  • 05 Sentyabr 2025 19:52

Slovakiya Ukraynanın Avropa İttifaqına inteqrasiyasını dəstəkləyir.

Gununsesi.info xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiya Baş naziri Robert Fitso ilə görüşünün yekununda özünün teleqram kanalında məlumat verib.

“Biz Ukrayna və Moldovanın birlikdə Aİ-yə üzvlük istiqamətində hərəkət etməli olduğunu eyni şəkildə görürük. Eyni zamanda iqtisadiyyat, enerji və infrastruktur sahələrində ikitərəfli əməkdaşlığın regionumuzda xalqlarımızı və ölkələrimizi gücləndirməsi də önəmlidir”, – Zelenski qeyd edib.