Əməkdar artist səhhətindən danışdı

Əməkdar artist Gülbahar Şükürlü səhhətində yaranan problemdən danışıb.

Gununsesi.info xəbər verir ki, bu barədə qarmon ifaçısı “Səhər mərkəzi” verilişdən qonaq olarkən deyib.

“Allaha şükür. Müalicələr aldım. Həkim nəzarətindəyəm”.

G.Şükürlü təmtəraqlı ad günlərindən də söz açıb:

“Martda ad günüm oldu. Çağırmadıqlarım məni vatsapda, instaqramda qara siyahıya atdı. Sonra barışdıq. İncidilər ki, çağırmadın. Hər il ad günümü təntənəli edirəm. Bu il qadınlarla etdim. 4-5 il həyat yoldaşımın vəfatına görə etməmişdim”.

O, “Bu günə qədər kimi bağışlamamısınız” sualını belə cavablayıb:

“Bir nəfər var idi. Ona görə bu sənətdən imtina edirdim. Gecə saat 2-də bıçaqla qarmonu ikiyə ayıranda anam mənə mane oldu. Amma hamısını bağışlayıram. Yadımda da qalmır. Bağılamadığım biri yoxdur, varsa da unutmuşam”.

Qeyd edək ki, G.Şükürlünün başında onkoloji şiş aşkarlanmışdı. İfaçı bir neçə dəfə əməliyyat olunub.

 

Gununsesi.info