Əli Kərimliyə cinayət işi açılıb? – BAŞ PROKURORLUQ TƏKZİB EDİR

  • By admin
  • 15 Yanvar 2021 14:07

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli onu vergidən yayınma ittihamı ilə həbs etmək istədiklərini bildirib.

 

Gununsesi.orgun xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidməti isə “Amerikanın Səsi”nə Kərimlinin dediklərini təsdiq etməyib: “Prokurorluq orqanlarında Əli Kəriliyə qarşı hər hansı ittiham irəli sürülməyib və onunla bağlı araşdırma aparılmır”.

Qeyd edək ki, Əli Kərimli Facebook səhifəsində yazıb ki, onu külli miqdarda vergidən yayınma ilə ittiham etmək istəyirlər.

Gununsesi.org