17 min nəfər sertifikasiyaya cəlb ediləcək

  • By Günel
  • 10 Fevral 2025 14:47

2026-cı ilin sonunadək məktəbəqədər təhsil müəssisələrində 17 min nəfərin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirib.

Qeyd olunub ki, bu, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda qarşıya qoyulan hədəflərə uyğun olaraq həyata keçirilir.

Gununsesi.info