5 ayda sərnişindaşımada 96 % artım olub - STATİSTİKA

  • By admin
  • 18 İyun 2022 11:26

Cari ilin yanvar-may ayları ərzində ölkənin dəmir yolu nəqliyyatı vasitəsilə 7 milyon ton yük, 1 milyon 720,2 min sərnişin daşınıb.

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadla xəbər verir. 2021ci ilin eyni dövrü ilə müqayisədə bu, yükdaşınmada 14 %, sərnişin daşınmasında isə 96,2 % artım deməkdir.

Həmin dövr ərzində sutkada orta hesabla 294 vaqon yüklənib, 371 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,2 min ton, Qərb istiqaməti üzrə 2,8 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi icra olunub.

Gununsesi.info