55 yaşlı kişi klinikada öldü

  • Müəllif: Orxan
  • 03 May 2025 12:55

Sabirabadda klinikada ölüm baş verib. 

Gununsesi.info-nun məlumatına görə, hadisə mayın 2-si saat 13 radələrində qeydə alınıb.

Şəhər ərazisində yerləşən “Omega” klinikasında Saatlı rayon sakini 1970-ci il təvəllüdlü Əhməd Azo oğlu Şəkirov vəfat edib.

55 yaşlı kişinin infarktdan öldüyü bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Gununsesi.info