Parisdə İranla bağlı önəmli toplantı – Dünyadan və Amerikadan strateji adamlar tədbirə qatıldı

  • By arzu
  • 12 İyul 2023 19:57

Son günlərdə Fransanın paytaxtı Paris şəhərində “Azad İran” adlı tədbir keçirilib. Toplantı İrandakı diktatura rejiminin dünyadakı barışığa və təhlükəsizliyə aid təhdidlər mövzusuna həsr edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, toplantıda Amerikanın keçmiş Milli Təhlükəsizlik Məsləhətçisi Con Bolton da iştirak edib.

Çıxışına təşəkkür edərək başlayan Bolton İran Xalq Mücahidlərinin qərargahında keçirilən toplantı zamanı dünyanı İran rejimini devirmək üçün təşkilatlanmış dirənişlə birlikdə əməkdaşlığa səsləyib.

“Burada çoxlu sayda cinayət var. Heç birimiz günahsız deyilik”, -deyə Con söyləyib.

Bolton İranla 2015-ci ildə imzalanan nüvə anlaşmasını tənqid edərək belə bir sazişi mənfi qarşıladığını vurğulayıb.

“İranın yenidən nüvə anlaşmasına dönməsi üçün milyardlarla dollarlıq mal varlığının dondurulması həll üçün kömək edəcək. Amerika İranın bank hesablarındakı neft satışı pullarına əl qoydu. Həmin pullar molla rejiminə axacaqdı. İran xalqının maraqları üçün istifadə edilməyəcəkdi. Bu pullardan nüvə silahı və ballistik raketlərin hazırlanması üçün istifadə edəcəklərdi. Rejimi gücləndirmək və iqtidara köklənmək üçün əllərindən gələni edəcəklər. 2015-ci ildə imzalanan nüvə anlaşması yanlış idi. İranın nüvə silahı əldə etməsini yavaşlatmadı. İranın silahlanma işlərini davam etdirdiyi çoxlu sayda hərbi bazaları var. Dolayısı ilə anlaşmaya qayıtmağın hansısa dəqiq bir fayda təmin edəcəyi fikirləri tamamı ilə yanlışdır. Rejimin halı pisləşməyə davam edir. İran 1979-cu ildən bəri heç olmadığı qədər zəifdir. Xarici dünyanın bu durumdan faydalanmaq üçün İranın təşkilatlanmış dirənişi ilə birlikdə işləməsi lazımdır. Rejimi başdan aşağı endirmək metodu ilə”.

Amerikanın keçmiş rəsmisi İrandakı molla rejiminin ayaqda qalmasında Qərbin və digər güclərin yardım etməsini əsas göstərib.

Bolton çıxışında İranın tarixi bir dönəmdən keçdiyini, dünya ilə münasibətlərinin yenidən dizayn edildiyini vurğulayıb.

Sonra keçmiş Milli Təhlükəsizlik Məsləhətçisi Bolton bu narazılıqlarını dilə gətirib:

“Öz ölkəmdə ayətullahlar ABŞ hökumətinin indiki və keçmiş üzvlərinə qarşı sui-qəsd cəhdləri başlatdılar. Davamını və qanlı detallarını öyrənmək istəyirsinizsə, İnqilab Keşikçilərindən “Shahram Poursafi əleyhinə cinayət işi”nin yer aldığı Ədliyyə Nazirliyinin veb saytına girin. Oxumaq çox maraqlı olacaq. Sizə bunu söyləyə bilərəm. Dünyanın ən güclü ölkəsi olan Amerikada etdikləri budur. Bəs, hökumətimiz nə edir? 2015-ci il anlaşmasına geri dönmək üçün müzakirələri davam etdirir”.

 

Qeyd edək ki, “Dünyəvi, azad, demokratik və nüvə silahı olmayan İran Cümuriyyəti” şüarları altında keçirilən toplantıya çoxlu sayda dünya liderləri, dünyanın dörd bir yanından onlarla ölkədən millət vəkili qatılıb.

 

Arzu

Gununsesi.info