Goranboyda qətl, şübhəli şəxs saxlanılıb

  • Müəllif: Admin08
  • 20 Sentyabr 2025 18:59

Goranboyda qadın qətlə yetirilib, şübhəli şəxs qismində həyat yoldaşı saxlanılıb.

Gununsesi.info xəbər verir ki,  hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü İ.Tağıyeva ailə münaqişəsi zəminində bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əri 1987-ci il təvəllüdlü M.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info