Euractiv: Fon der Leyenin iqtisadi savadsızlığı Aİ-də yeni gərginlik yaratdı

  • Müəllif: Şəbnəm
  • 30 Sentyabr 2025 10:15

Avropa Komissiyasının sədri Ursula fon der Leyenin iqtisadi savadının olmaması onun Ukraynanı maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə planında özünü göstərir.

Bu barədə Gununsesi.info Euractiv-ə istinadən xəbər verir.

Nəşr yazır ki, Avropa paytaxtları bu “cəsarətli sxemə” şübhə ilə yanaşır, çünki təklif gələcəkdə ciddi problemlər yarada biləcək “təkrar həll yolu” kimi qiymətləndirilir. Aİ rəsmiləri və diplomatları isə ilkin mərhələdə fikir ayrılıqlarının normal olduğunu bildirirlər.

Plan Belçika hakimiyyətinin kəskin reaksiyasına səbəb olub. Baş nazir Bart de Vever açıq şəkildə bəyan edib:

“Rusiyanın pulunu götürüb risk et – bu baş verməyəcək.”

Aİ sözçüsü Balaz Ujvari isə açıqlayıb ki, fon der Leyenin təklifi əsasında Ukraynaya “təzminat krediti” üzərində iş aparılır və bu model aktivlərə toxunmadan onların dondurulmuş gəlirlərindən istifadəni nəzərdə tutur.

 

 

Günay

Gununsesi.info