Sabah pensiyalar tam ödəniləcək

  • Müəllif: Firuzə
  • 20 Oktyabr 2025 10:34

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 21-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Gununsesi.info-ya Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

 

Gununsesi.info