Bəşir Süleymanlıya qarşı 148 min manatlıq mənimsəmə ittihamı irəli sürülüb

Bu gün, oktyabrın 23-də Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehralıyev ittiham aktını elan edib.
İttihama görə, B.Süleymanlı ABŞ-nin Alman Marşall Fondundan və digər fondlardan sosial məzmunlu layihələr keçirmək adı ilə ayrılan ümumilikdə 148 min manatdan artıq vəsaiti – qrantı mənimsəməkdə şübhəli sayılır.
İddiaya görə, o, Mehriban Rəhimli (Alman Marşall Fondunun Azərbaycan üzrə məsləhətçisi-red.) və digərləri ilə əlaqəli olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib, alınmış qrantlar barədə müvafiq nazirliklərə məlumat verməyib.
B.Süleymanlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.