2026-2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, cari tədris ilində 6-cı sinifdə təhsil alan şagirdlər qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər.
Qeyd edilib ki, lisey və gimnaziyalara müxtəlif təmayül istiqamətləri üzrə şagird qəbulunun çox erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra həyata keçirilməsi daha məqsədəuyğun hesab olunur.
Xatırladaq ki, bu ilin may ayında lisey və gimnaziyalara qəbul prosesi ilə bağlı qaydalar dəyişdirilib. Qəbul artıq yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçirilir. Lakin keçən il lisey və gimnaziyalarda oxumaq üçün 5, 6, 7 və 8-ci siniflərə qəbul keçirilirdi.












