Mənzilin təhvili gecikirsə, alıcı kompensasiya tələb edə bilər?

  • Müəllif: Ayshan
  • 21 Noyabr 2025 22:09

Bəzən alıcılar təmiri hələ tam bitməmiş mənzilləri müqavilədə göstərilən təhvil tarixindən əvvəl alırlar və ödənişlərini edir. Sonra isə köçmə planlarını bu tarixə uyğun qururlar. Lakin tikinti prosesində gecikmələr baş verə bilər və mənzil alıcıya vaxtında təqdim olunmaya bilər.

 

Belə hallarda alıcı həm maddi, həm də mənəvi zərərlə üzləşir. Bəs tikinti prosesi uzandıqda və vəd olunan tarixdə mənzil alıcıya təqdim olunmadıqda, alıcının hüquqları nələrdir və kompensasiya almaq mümkündürmü?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Gununsesi.info-nun sualını cavablandırıb.

“Tikinti şirkəti müqavilədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmirsə, vətəndaş mülki prosessual məcəlləyə uyğun olaraq gecikmənin səbəblərini öyrənmək və kompensasiya tələb etmək hüququna malikdir. Əgər gecikmənin əsaslı səbəbləri – fors-major halları – yoxdursa, alıcı kirayə haqqı və mənəvi zərərin ödənilməsini tələb edə bilər. Şirkət kompensasiyanı ödəmirsə, alıcı məhkəməyə müraciət edə bilər”,- deyə o vurğulayıb.

Ayşən

Gununsesi.info