Fitsonun təyyarəsinə maşın çırpıldı

  • Müəllif: Firuzə
  • 18 Dekabr 2025 12:44

Slovakiyanın Baş naziri Robert Fitsonun təyyarəsinə Brüssel hava limanında maşın çırpılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Fitso sosial mediada yazıb.

“Brüsseldəki çətin sammit pis başladı. Hava limanında rampalı bir nəqliyyat vasitəsi təyyarəyə o qədər zərər verdi ki, təyyarə uçuşa yararsız hala düşdü və biz onu burada qoymalı olduq”, – o bildirib.

Gununsesi.info