Azərbaycandan Gürcüstana pul köçürmələri 45 faiz azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində kapital əməliyyatları istisna olmaqla, Azərbaycandan Gürcüstana fiziki şəxslər tərəfindən edilən pul köçürmələri 19,78 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45,1% azdır.

Gununsesi.info xəbər verir ki,  bu barədə Azərbaycan Mərkəzi Bankın məlumat verib.

Hesabat dövründə Azərbaycandan Gürcüstana edilən pul köçürmələrinin ümumi pul köçürmələrindəki payı 8,8%-dən 5,5%-ə düşüb.

Bu ilin ilk doqquz ayında fiziki şəxslər Gürcüstandan Azərbaycana 30,481 milyon dollar köçürüblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% artım deməkdir.

Bu dövrdə Gürcüstandan Azərbaycana edilən sərhədyanı pul köçürmələrinin ümumi pul köçürmələrindəki payı 3,1%-dən 3,6%-ə yüksəlib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində xaricdən Azərbaycana 849,9 milyon ABŞ dolları, xaricdən isə 361,4 milyon ABŞ dolları köçürülüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2% artım və 11,5% azalma deməkdir.

 

Şəbnəm

Gununsesi.info