Ər-arvad dəm qazından öldü

  • Müəllif: Firuzə
  • 24 Dekabr 2025 10:49

Saatlı rayonunda 2 nəfər dəm qazından ölüb.

Gununsesi.info  xəbər verir ki, hadisə dünən rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakinləri – İsmayılov İbrəhim Hüseyn oğlu və həyat yoldaşı İsmayılova Pəri Edil qızı yaşadıqları evdə dəm qazından zəhərlənərək vəfat ediblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info