Hakan Fidan Rüstəm Umerovla görüşdü

  • Müəllif: Firuzə
  • 01 Yanvar 2026 18:52

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umеrovla görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, görüş Ankarada baş tutub.

Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.

Gununsesi.info