“Qurtuluş” Reabilitasiya Mərkəzindən qaçan tanınmış jurnalist Nəsimi Nəbizadə tapılıb.
Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, hadisə yerində olan müxbirinin məlumatına görə, jurnalist reabilitasiya mərkəzindən qaçaraq Abşeron rayonunun Saray qəsəbəsində evlərdən birində gizlənib.
Mərkəzin əməkdaşları onun arxasınca Saray qəsəbəsinə gediblər.











