Sumqayıtda zavodda partlayış: xəsarət alan var

  • Müəllif: Firuzə
  • 09 Yanvar 2026 09:18

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

Gununsesi.info  Report-a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info