Azərbaycanda əmək müqavilələrinin sayı artıb

  • Müəllif: Firuzə
  • 09 Yanvar 2026 09:38

Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 493.463 vahid artıb və 2026-ci il yanvar ayının 1-nə 1.895.378 olub.

Bu barədə Gununsesi.info -ya İqtisadiyyat Nazirliyi yanınıda Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 491.744 vahid artaraq 1.031.666 təşkil edib.

Gununsesi.info