Azərbaycan qaçqın selinə hazırdırmı? - Deputat

  • Müəllif: Orxan
  • 29 Yanvar 2026 16:21

İranda baş Verən son hadisələrin müzakirələri davam edir.

Belə bir iddia var ki, vəziyyət daha da pisləşərsə, Azərbaycana da qaçqın axını gözlənilir.

Ancaq maraqlıdır, belə olarsa, ölkəmiz buna hazırdırmı?

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Arzuxan Əlizədə deyib.

O bildirib ki, belə bir hal baş verərsə, ölkəmiz buna hazırdır.

“Bəli, belə halo la bilər. Ola bilsin ki, Azərbaycan qaçqın seli gəlsin. Hesab edirəm ki, buna hazırıq. Ancaq daha da hazır olmalıyıq, bufer zona yaratmalıyıq. Türkiyə tərəfi də doğru deyir ki, İran ərazisində bufer zona yaranmalıdır. Axı biz gələnlərə, bacı-qardaşlarımıza qapıları bağlaya bilmərik. Ancaq təhlüksizliyimiz də çox önəmlidir. Hesab edirəm ki, Türkiyə də İran ərazisində bufer zona yaranması ilə bağlı qərar verməlidir. Bütün bunlar diqqət mərkəzində olmalıdır”.

Maqsud

Gununsesi.info