Naxçıvan MR-nın konstitusiyasına edilən dəyişiklik istiqamət olaraq doğrudur - Natiq Cəfərli

  • Müəllif: Orxan
  • 05 Fevral 2026 11:27
Son günlər ciddi hadisə baş verdi. Qəbul edilmiş yeni qanunlara, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilmiş dəyişikliklərə görə, Naçxıvanın muxtariyyəti “de-facto” ləğv edildi. Növbəti addım kimi, çox güman, Azərbaycan Konstitusiyasına da dəyişikliklər etmək lazım olacaq. Bunun üçün referendum lazımdır.
Bu sözləri Gununsesi.info-ya Real Partiyasının sdəri Natiq Cəfərli deyib.
O bildirib ki, referenduma tək Naxçıvan MR-nın “de-jure” ləğvi deyil, həm də İcra Hakimiyyəti institutunun ləğvi, Bələdiyyələrin səlahiyyət və məsuliyyətinin artırılması ilə yerli özünüidarə institutlarının gücləndirilməsi, proporsional seçkiyə keçid, Milli Məclisin hökumət üzərində nəzarətinin artırılması, ölkəmizin inzibati-ərazi quruluşunun dəyişdirilməsi – yəni, Prezidentin fərmanı ilə yaradılmış 14 iqtisadi rayonun (Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan və s. kimi) inzibati ərazi vahidinə çevrilməsi, Prezidentin şəxsi nümayəndəliyi intitutunun gücləndirilməsi və iqtisadi inkişafa səbəb olacaq bir neçə başqa dəyişikliklər də qəbul edilsə, çox yaxşı olardı”.
Partiya sədri  son olaraq deyib:
“İlk addım kimi Naxçıvan MR-nın konstitusiyasına edilən dəyişiklik istiqamət olaraq doğrudur, ümid edirəm ki, növbəti addım Azərbaycan Ana Yasasına ölkənin önünü açacaq, iqtisadi tərəqqiyə, rifaha təməl yaradacaq dəyişikliklər olacaq…”
Qeyd edək ki, Milli Məclis Naxçıvan MR Konstitusiyasına bir sıra vacib dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklər muxtar qurumların səlahiyyət bölgüsünü yenidən müəyyənləşdirir və Naxçıvanı Azərbaycanın ümumi hüquqi məkanına daha sıx inteqrasiya edir.
Orxan