Azərbaycan neftinin qiyməti 132 dolları ötdü

  • Müəllif: Firuzə
  • 01 Aprel 2026 09:48

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

 

Gununsesi.info  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,3 ABŞ dolları və ya 3,36% artaraq 132,35 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 128,05 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Gununsesi.info