Tatarıstanda zavodda partlayış oldu

  • Müəllif: Orxan
  • 03 Aprel 2026 21:37

Tatarıstanda “Nijnekamskneftekim” zavodunda baş vermiş hadisə nəticəsində yeddi nəfərin həlak olduğu təsdiqlənib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd olunub ki, hadisənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam etdirilir, konstruksiyaların sökülməsi və axtarış əməliyyatı aparılır. Hazırda beş nəfərin axtarışı aparılır.

Gununsesi.info