Avropa İttifaqı (Aİ) Hörmüz boğazının blokadasına görə məsuliyyət daşıyan şəxslərin sanksiya siyahısına daxil edilməsi ilə İrana qarşı məhdudiyyətlərin genişləndirilməsini razılaşdırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlama verib.
Onun sözlərinə görə, Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin görüşündə Yaxın Şərqdə, o cümlədən Qırmızı dənizdə gəmi təhlükəsizliyini təmin edən hərbi-dəniz missiyasının gücləndirilməsi məsələsi də müzakirə olunub.












