Trampın jurnalistlər üçün təşkil etdiyi ziyafətdə silah səsləri

  • Müəllif: admin
  • 26 Aprel 2026 08:17

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə akkreditasiya olunan media nümayəndələri üçün ziyafət təşkil edib.

Gununsesi.info Ağ Evdə akkreditasiyası olan azərbaycanlı jurnalist Aleks Raufoğluna istinadən xəbər verir ki, ziyafət salonunda qəfil silah səsləri eşidilib.

Dərhal salona daxil olan təhlükəsizlik qüvvələri Prezident Trampı və digər rəsmiləri oradan kənarlaşdırıb.

Bu arada CNN məlumat yayıb ki, şübhəli şəxs zərərsizləşdirilib.

https://www.facebook.com/share/v/1DzBbGvSLa/

Günay

Gununsesi.info