Qaxda canavarlar qoyunları parçaladı

  • Müəllif: Firuzə
  • 28 Aprel 2026 19:25

Qaxda canavarlar qoyun sürüsünə hücum edərək 5 baş qoyunu parçalayıb.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Meşəbaş kəndi ərazisində qeydə alınıb.

Qax şəhər sakini Elşən Omarov otlaq ərazisində qardaşına məxsus qoyunları otararkən 3 baş canavar sürüyə hücum çəkib. Nəticədə canavarlar 3 baş qoyunu aparıb, 2 qoyunu isə parçalayaraq tələf ediblər. Zərərçəkmişlərin sözlərinə görə, bu hal birinci dəfə baş vermir. Əvvəlki illərdə də canavarlar onlara ziya vurub.

Gununsesi.info