Türkiyə-Ermənistan sərhədi bu vaxt açılacaq - Səfir

  • Müəllif: Firuzə
  • 19 May 2026 16:03

Türkiyə-Ermənistan sərhədi 7 iyun seçkilərindən sonra açılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” qəzetinə müsahibəsində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.

Səfir Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşma proseslərinin paralel getdiyini bildirib.

O, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra Konstitusiyaya dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağının gözlənildiyini deyib.

Gununsesi.info