Azərbaycanda baş tutan XIII Ümumdünya Şəhərsalma Forumu bu gün rəsmi olaraq bağlı elan olunur.
Gununsesi.info xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” imzalanmışdır.
2024-cü ilin martında bu saziş Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuşdur.
25 aprel 2025-ci ildə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XIII Ümumdünya Şəhərsalma Forumunun Azərbaycandakı milli kordinatoru təyin edilmişdir.
5 iyun 2025-ci ildə forumun Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi yaradılmışdır.














