Villem-Aleksandr İlham Əliyevi təbrik etdi

  • Müəllif: Firuzə
  • 22 May 2026 21:34

Niderland Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Gununsesi.info  xəbər verir ki, Niderland Kralının təbrik məktubunda deyilir:

“Zatı-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.

Bu bayram münasibətilə Azərbaycan xalqına firavanlıq diləyir və ən xoş arzularımı çatdırıram”.

Gununsesi.info