“Rusiya Azərbaycan və Ermənistanı itirib” - Zelenski

  • Müəllif: Firuzə
  • 09 İyun 2026 10:25

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın tək qaldığını və digər ölkələrdə siyasi təsirinin zəiflədiyini bildirib. 

Gununsesi.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

O, həmçinin Ermənistan və Azərbaycanı nümunə göstərib: “Rusiyanın digər ölkələrə siyasi təsiri azalır. Azərbaycan – onlar müstəqildirlər. Ermənistan – dünənki seçkilər Ermənistanın müstəqilliyi üçün böyük uğur oldu. Mən düşünürəm ki, ruslar Moldovanı da itiriblər. Əlbəttə ki, onlar Ukraynanı itirmək istəmirlər, çünki müstəqil və azad Ukrayna Rusiya üçün ən böyük və siyasi cəhətdən ən təhlükəli ölkədir.

Ukrayna Aİ-yə qoşulduqda, Putinin müxtəlif xalqlarla, xüsusən də Qafqaz xalqları ilə daxili problemləri olacaq. Rusiya boyunca müxtəlif xalqlar suallar doğuracaq”.

Gununsesi.info