Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili 71 yaşlı professor Qiorqi Çaxunaşvilinin həbsinə münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə sabiq prezident sosial şəbəkə hesabında paylaşım edib.
“Xeyirxah həkim, akademik Qoqi Çaxunaşvili beş il müddətinə azadlıqdan məhrum edilib. Təhsil sisteminin dağıdılması, savadlı insanların ölkədən uzaqlaşdırılması, ziyalıların həbs olunması və ya ölkədən qovulması diktatorun cəmiyyətin sağlam düşüncəli hissəsinə qarşı amansız qisasıdır.
İvanişvili ‘dirək qazanı’ sindromundan əziyyət çəkir. O, bir qrup şəxslə birlikdə mənim beş nəfərlik hökumətimdən qisas aldı, indi isə bütün düşünən insanları hədəfə alır”, – Saakaşvili bildirib.
Qeyd edək ki, Çaxunaşvili 9 oktyabr saat 22:25-də saxlanılıb. Onun saxlanılmasından cəmi bir neçə dəqiqə sonra Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib ki, 4 oktyabr hadisələri ilə bağlı daha yeddi nəfər də həbs olunub. 10 oktyabr səhərinə olan məlumata görə, saxlanılanların sayı 45-ə çatıb.
Şəbnəm











