Makron Trampla bağlı hadisəni Meloni ilə müzakirə etmək istəyir

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp və İtaliyanın Baş naziri Corcia Meloni arasında gərginliyin yenidən artmasından təəccübləndiyini bildirib.

Bunu Fransa Prezidenti İtaliyanın ANSA agentliyinin sualına cavab olaraq bildirib.

Fransa Prezidenti əlavə edib ki, iyunun 25-də Antibdə keçiriləcək hökumətlərarası sammitdə Meloni ilə görüşəcək və sözügedən hadisəni müzakirə edəcək.

Qeyd edək ki, Tramp “La7” telekanalına qısa müsahibəsində İtaliyanın Baş naziri Meloninin Fransada keçirilən G7 sammitində onunla şəkil çəkdirmək üçün ona “yalvardığını” bildirib.
Meloni isə Trampı yalan danışmaqda ittiham edib və bu cür davranışdan məyus olduğunu vurğulayıb. Həmçinin İtaliyanın XİN rəhbəri Antonio Tayani iyunun 21-22-nə planlaşdırılan ABŞ-yə səfərini ləğv etdiyini açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl də ABŞ Prezidenti Donald Tramp və İtaliyanın Baş naziri Corcia Meloni arasında beynəlxalq məsələlər üzrə, o cümlədən Roma Papası XIV Leonun ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına dair açıqlamalarının qiymətləndirilməsindəki ziddiyyətlər fonunda fikir ayrılıqları yaranmışdı.(Report)