Krım sahillərində baş verən bir sıra zəlzələlər region üçün tipik təbii hadisədir və Yer qabığında yığılan stressin azalmasına kömək edir.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a danışan geologiya və mineralogiya elmləri doktoru Andrey Korjenkov bildirib.
Alimin sözlərinə görə, kiçik təkanlar zamanı enerjinin sərbəst buraxılması əlverişli əlamət hesab olunur, çünki bu, yığılmış stressi azaldır.
Qeyd edək ki, 22 iyun səhəri Sevastopol sahillərində yeddi zəlzələ qeydə alınıb. Ən güclü zəlzələ Qara dənizdə, sahildən təxminən 30 km aralıda, 4,4 bal gücündə olub.
Maqsud












