Moskva hava limanları fəaliyyətini bərpa edib

  • By Admin2
  • 22 İyun 2026 14:45

VnukovoDomodedovoJukovski və Şeremetyevo hava limanlarında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rosaviatsia öz Telegram kanalında məlumat verib.

Moskva vaxtı ilə saat 13:10-da dərc olunmuş açıqlamada deyilir:

“Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib”.

Bundan əvvəl Moskva bölgəsi üçün raket xəbərdarlığı verilmişdi. Sakinlərə qapalı məkanlarda və ya dayanacaqlarda sığınacaq axtarmaq tövsiyə olunmuşdu.  

Moskva bölgəsində internet xidmətində də fasilələr ola bilər.

Son məlumata görə, xəbərdarlıq artıq ləğv edilib.

Maqsud

Gununsesi.info