Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, Vaşinqton və Kiyev Rusiya rəhbərliyinin Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyindən xəbərdardırlar.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, Moskvanın Kiyevlə qarşıdurmaya son qoymaq mövqeyi iki il əvvəl dövlət başçısı Vladimir Putin tərəfindən ortaya qoyulub və o vaxtdan bəri dəyişməyib.
Kremlin sözçüsü bildirib ki, “Bizim mövqeyimiz yaxşı məlumdur. Bu, Kiyev rejiminə, Amerika danışıqları aparanlara məlumdur. Və bu, olduqca ardıcıldır”.
Maqsud












